Çətin və keşməkeşli müharibə dövrünü arxada qoyan ölkəmizdə böyük quruculuq və bərpa işləri sürətlə davam etdirilir. İstər işğaldan azad edilmiş ərazilərdə, istərsə də ölkənin digər bölgələrində müxtəlif sosialyönümlü layihələr həyata keçirilir. Lakin Qafqazın lider dövləti olan Azərbaycan təkcə sosial layihələr, beynəlxalq münasibətlər, xarici siyaət və sairə bu kimi fəaliyyətlərlə kifayətlənmir, paralel olaraq müxtəlif sahələrdə ciddi islahatlar aparır. İslahatların həyata keçirilməsində siyasi iradə nümayiş etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci növbədə kadr islahatlarının ölkə üzrə geniş vüsət almasında maraqlıdır. Cari ilin iyul ayının 25 - də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Araz Əhmədovu Masallı rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Göygöl rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul etmişdir. Görüş zamanı Ölkə Başçısı ayrı - ayrı bölgələrdə Regionıarın Sosial - iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramlarının həyata keçirilməsi ilə əlaqədar görülən işləri ön plana çəkmiş və gələcəkdə görüləək işlər barədə yeni təyin olunmuş İcra başçılarını bilgiləndirmiş, onların qarşısında duran məsələləri nəzərlərinə çatdırmışdır. Prezident yeni təyin olunmuş rayon rəhbərləri qarşısında rüşvətxorluq və korrupsiya hallarından uzaq durmağı pirioritet məsələ kimi qoymuşdur. O qeyd etmişdir ki, mən əvvəllər də rayonlara başçıları təyin edərkən , onlara ədalətli olmağı, rayon əhalisinə qarşı diqqətli olmağı, vətəndaşların problemlərini həll etməyi tapşırmışdım. Təəssüflər olsun ki, bəziləri bu tapşırıq və tövsiyələrə ya əməl etmək istəmədilər, ya da əməl edə bilmədilər . Nəticədə bir neçə İcra Başçıı yol verdikləri qanuna zidd əməllərə görə həbs olundular . İndi onların bir çoxu müxtəlif müddətlərə məhkum eilmiş , bir qisminin işlərinə iə hal - hazırda məhkəmələrdə baxılır . Ona görə də çalışıb Ölkə Başçısı tərəfindən qarşıya qoyulan məsələləri yerinə yetirmək və neqativ hallardan uzaq durmaq lazımır . Ölkə Başçısı daha sonra diqqəti Vətən müharibəsi nəticəsində əldə olunmuş möhtəşəm qələbənin üzərinə çəkdi . Vətən müharibəsində əldə etdiyimiz qələbə ilk növbədə Vətən uğrunda canındn keçən şəhilərimizin , müharibə zamanı bədənlərinin müxtəlif əzalarını və sağlamlığını itirmiş qazilərimizin sayəsində əldə edilmişdir . Bütün əldə edilənlərə görə şəhid ailələri ə qazilərimiz ən yüksək qayğı və diqqətə layiqdirlər . İndiyə qədər bu kateqoriyadan olan 12500 ailə mənzil və ya fərdi yaşayış evləri ilə təmin olunmuşlar . Bakı , Sumqayıt və Bakı ətrafı rayonlarda bu işlər yekunlaşmaq üzrədir . Bölgələrdə isə bu işlər davam etdirilir . Prezident yeni təyin olunan İcra Başçılarına da şəhid ailələrinə və qazilərə qarşı daim diqqətli olmağı və onların problemlərinin vaxtlı -vaxtında həll etməyi tapşırdı . Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunan İcra Bşçıları ilə görüşə təyin olunduqları rayonlarda bitkiçilik , əkinçilik və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə diqqət yetirməyi tapşırdı . Çünki , görüşə iştirak edən İcra Başçılarının təyin olunduqları rayonlar dağ rayonları olduqları üçün oralarda kənd təsərrüfatının inkişaf etdirilməsi ölkə iqtisadiyyatına öz müsbət töhfələrini veəcəkdir . Eyni zamanda Ölkə Başçısı kənd təsərrüfatı təmayüllü torpaqların bəzi məmurlar tərəfindən qanunsuz şəkildə zəbt olunmasının yolverilməz olduğunu da qeyd etdi . Torpaqların qanunsuz şəkildə zəbt edilməsi ümumilikdə ölkə iqtisadiyyatına böyük zərbə vurur ki , buna qarşı da ciddi mübarizə aparmaq lazımdır . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən başladılmış və hal - hazırda davam etdirilən kadr islahatları ölkənin inkişafında mühüm rol oynamaqdadır və yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir . Şahnaz Əliyeva,Xocalı rayon gənci, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü.